Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
Oktyabrın 4-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülür. Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”. Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin inkişafı ilə bağlı fərmanlar və sərəncamlar imzalanır, dövlət proqramları uğurla icra olunur. Bu tədbirlər gənclərimizi uğurlara ruhlandırır”. Nazir müavini eyni zamanda festival qaliblərini təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər. Sonda festival qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.3 (6).jpg 577.39 KB2 (9).jpg 545.51 KB1 (6).jpg 525.32 KB
04.10.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib. Bu barədə UASEB-in İdarə Heyətinin növbədənkənar iclasında qərar qəbul edilib. Türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar və dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edən UASEB 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub.
02.10.2024
ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev UAESEB və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan A.Paşayev bildirib ki, ATİAHİ Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu beynəlxalq təşkilatlardan biri də türkdilli ölkələrdə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını birləşdirən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyidir. Eyni zamanda ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasında da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr mövcuddur. Öz növbəsində Talip Geylan səmimi qəbula görə təşəkkürünü bildirib və A.Paşayevi ATİAHİ Respublika Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib. Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin gələcək fəaliyyəti, ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasındakı əməkdaşlığın daha da genişləndiriləməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 3.ATİHA.jpg 469.75 KB1.ATİHA.jpg 601.81 KB4.ATİHA.jpg 514.01 KB2ATİHA.jpg 593.11 KB
20.09.2024
Şəhid övladları pulsuz məktəbli formaları ilə təmin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidlərinin məktəbli övladları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pulsuz məktəbli formaları ilə təmin olunub. 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar məktəblilərə formalar və digər zəruri məmulatlar təqdim edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə irəli sürülmüş bu təşəbbüsdən orta təhsil müəssisələrində təhsil alan 920 nəfərdən artıq şəhid övladı olan məktəbli yararlanıb.
13.09.2024
Bizimlə əlaqə